Okampo Kim Kardaşyanın "ətəyi"ndən yapışdı: "Azərbaycanı Blinkenə şikayət edin"

Siyasət
13:01 / 12.08.2023
6949
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo porno ulduz Kim Kardaşyan və prodüser Erik İsraelyanı Dağlıq Qarabağ xalqının səsini ABŞ dövlət katibi Entoni Blinkenə çatdırmağa çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
“Blinken vəziyyəti dəyişdirə və Dağlıq Qarabağ əhalisinin soyqırımını dayandıra bilən insanlardandır".
Okampo vurğulayıb ki, Laçın dəhlizi istiqamətindəki məsələyə geniş reaksiya verilməlidir və bunu Kardaşyan və İsraelyan edə bilər.
Bundan əvvəl Okampo Laçın dəhlizinin Azərbaycan tərəfindən "blokadaya alınması"nı "Dağlıq Qarabağın etnik ermənilərinin soyqırımı" adlandırmışdı.
Əzizə