Rusiya Ukraynanın bu şəhərinə ballistik RAKET ATDI

Rusiya Ukraynanın bu şəhərinə ballistik RAKET ATDI

Bu gün səhər Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu olub.

 

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, raket hücumu Rusiya ərazisindən həyata keçirilib.

 

Yerli "Svoi" və "Perviy Gorodnıy" nəşrlərinin məlumatına görə, hava hücumu siqnalından əvvəl silsilə partlayış səsləri eşidilib.

 

Cənub, şərq və mərkəzi rayonların bir hissəsində baş verən partlayışlardan sonra həyəcan sinalı çalıb. Hərbi Hava Qüvvələri ballistik raket təhlükəsi barədə məlumat verib. Krivoy Roq şəhərinin meri Aleksandr Vilkul şəhərdə baş verən partlayışları rəsmən təsdiqləyib. Krivoy Roq Dnepropetrovsk vilayətinin böyük şəhərlərindən biridir. Vilayətin rəhbəri Sergey Lısak bildirib ki, Rusiya Krivoy Roq şəhərini ballistik silahlarla vurub. Bu hücum son 2 həftədə şəhərə qarşı həyata keçirilən ikinci hücumdur. Bundan öncə iyulun 31-də Rusiya Krivoy Roq istiqamətinə iki raket buraxıb, onlardan biri yaşayış binasına, digəri isə təhsil müəssisəsinə düşüb. İki həftə öncə baş verən hücum nəticəsində 6 nəfər ölüb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR