Azərbaycana smartfon telefonlar hansı ölkələrdən gətirilir? - SİYAHI

Azərbaycana smartfon telefonlar hansı ölkələrdən gətirilir? - SİYAHI

2023-cü ilin birinci yarısında Azərbaycana ümumi dəyəri 142,86 milyon dollar olan 548 531 ədəd smartfon gətirilib. 


Sfera.az xəbər verir ki, idxal edilən smartfonların böyük əksəriyyəti 3 ölkədən – Çindən, Vyetnamdan və Hindistandan alınıb. Telefonların çox hissəsi Çin mənşəlidir. Çindən 98,2 milyon dollar dəyərində 381,9 min ədəd smartfon gətirilib. Bütün smartfonların 70 faizi Çin malıdır. 


Smartfon idxalında ikinci ən böyük paya Vyetnam sahibdir. Bu ölkədən 34,8 milyon dollar dəyərində 138,1 min smartfon alınıb. Smartfonların 25,2 faizi Vyetnamdan alınıb. 


Hindistandan 9,6 milyon dollar dəyərində 28 min ədəd smartfon alınıb. Smartfon idxalının 5 faizi Hindistanın payına düşür. 


Azərbaycana adıçəkilən ölkələrdən başqa ABŞ-dən, Çexiyadan, İndoneziyadan, Koreya Respublikasından və Tailanddan az sayda smartfon gətirilib.


Ölkəmizə gətirilən smartfonların 1 ədədinin orta qiyməti 260,4 dollar (443 manat) olub. İdxal ölkələrindən alınan ən bahalı smartfonlar Hindistanın payına düşüb. Bu ölkədən alınan 1 smartfonun orta qiyməti 343 dollar təşkil edib. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR