Yol Polisi İdarəsinin rəsmi media hesabları...

Yol Polisi İdarəsinin rəsmi media hesabları...

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi rəsmi sosial media hesablarını elan edib.

 

Bu barədə Sfera.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, daxili işlər orqanlarında vətəndaş məmnunluğunun, eləcə də polisə əlçatanlığın təmin edilməsi məqsədilə yaradılmış imkanların daha da genişləndirilməsi xidməti fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsində ictimai rəyin mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə sosial medianın imkanları ilə bağlı müasir çağırışları nəzərə alaraq, yeni yaradılan sosial media platformalarını əhalinin istifadəsinə təqdim edir.

 

Həmin rəsmi sosial şəbəkə hesabları aşağıdakılardır:

 

Feysbuk: //www.facebook.com/dyp.polisazerbaycan/

İnstaqram: //www.instagram.com/dyp.polisazerbaycan/

Yutub: //www.youtube.com/channel/UCao3jYoO8kFnHkLAC3oBCDg

Teleqram: //t.me/dyp_polisazerbaycan

Tiktok: //www.tiktok.com/@dyp_gov.az

 

“DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə, o cümlədən yol hərəkəti iştirakçılarına müraciət edərək onları yaradılan şəraitdən səmərəli istifadə etməyə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində ictimai iştirakçılığın daha geniş vüsət almasına töhfə verməyə çağırır”,-deyə idarədən verilən məlumatda bildirilir


OXŞAR XƏBƏRLƏR

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...

Prezident: "Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var"

Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var.   Sfera.az xəbər verir ki, bu fik...

İsveçrə Parlamentində“erməni sorğusu”

İsveçrə deyəndə ilk növbədə göz önünə yaşıllıqlara bürünmüş dərələr, təpələr, göz oxşayan çəmənliklər və insanın ruhunu sakitləşdirən mavi göllər gəlir. İsveçrə...

Prezident Malta Respublikasının Prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Miriam Spiteri Debonoyanı Müstəqillik günü münasibətilə t...

Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürüldü

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.   Daxili İşlər Nazirli...

Uzunömürlülüyə təsir edən 4 AMİL - Alimlər AÇIQLADI

Sidney Universitetinin (Avstraliya) tədqiqatçıları 2000-ci ilin yanvarından 2022-ci ilin dekabrına qədər nəşr olunan uzunömürlülərin həyat tərzinə dair 34 tədqi...