Bakıda 41, Aran rayonlarında 43 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Bakıda 41, Aran rayonlarında 43 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Havanın temperaturu Bakıda 41, Naxçıvanda 42, aran rayonlarında 43 dərəcəyə çatıb.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Belə ki, avqustun 11-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da 42 dərəcəyədək, aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib.


OXŞAR XƏBƏRLƏR