Daha 2 küçədə sürət həddi endirildi - FOTOLAR

Daha 2 küçədə sürət həddi endirildi - FOTOLAR

“Bakı şəhərində daha 2 küçədə sürət həddi endirilib”.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sfera.az-a verilən məlumata görə, 11 avqust tarixindən paytaxtın Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

 

“Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

 

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik”, - məlumatda qeyd edilib.

 




OXŞAR XƏBƏRLƏR