Putin Krımda məscid tikdirir
Dünya
15:44 / 28.10.2016
1139
Krımın Simferopol şəhərində məscidin fundamentinin qurulması üzrə təntənəli mərasim keçirilib.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, məscid kompleksi şəhərin cənub hissəsində Simferopol su anbarı yaxınlığında tikiləcək.
Layihəyə əsasən məscid uzu və eni 37 metr olacaq. Onun günbəzinin hündürlüyü 28 metr olacaq. Məscidin hər biri 50 metr hündürlükdə olmaqla dörd minarəsi olacaq. Kompleksin 2019-cu ildə istifadəyə veriləcəyi gözlənilir.
Tikintinin baş podratçısı Rusiya şirkəti olacaq.