Lalə Dadaşova mərhum müğənnidən DANIŞDI: ""Ya o, ya mən" deyib Elçini seçim qarşısında qoydum..."

Lalə Dadaşova mərhum müğənnidən DANIŞDI: 

“Rəfiqələrim bizə qonaq gələndə deyirdilər ki, həyat yoldaşın Elçin tamamilə fərqli bir insandır. Səhnəyə çıxır, hərəkət etmir, sadəcə ciddi vəziyyət alır, mahnısını ifa edir. Mən də cavab verirdim ki, o evdə tamam fərqli insan olur”.

 

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Lalə Dadaşova qonaq olduğu verilişlərdən birinə müsahibəsində deyib. Sənətçi mərhum həyat yoldaşı, müğənni Elçin Cəlilovdan danışıb:

 

“Elçin başqa otağa keçib, mənim paltarımı geyinib, apelsinləri bədəninə qoyub, üzünü-gözünü bəzəyib, “kraska-pudra” sürtüb, başını da güllərlə bəzədilən saç yığanımı taxıb qapını açıb girirdi içəri. İnanın, elə gözəl qrim edirdi ki, onu heç tanımaq olmurdu (gülür). Bizi o qədər güldürürdü ki...

 

Elçin narkotikə qurşanandan sonra onun qarşısına seçim qoydum: Ya mən və ailən, ya da narkotik. İkisindən birini seçməli idi. Mənə söz verdi ki, evdə narkotikdən müalicə olunacaq. Məşhur olduğundan onu xəstəxanaya yatızdıra bilməzdik.

 

Çünki insanlar bilsə, bütün Azərbaycanda biabır olacaqdıq. Elçin evdə müalicə olunurdu. Üç dəfə müalicə olunandan sonra narkotiki yenə də tərgitmədi. Bunu biləndə ondan ayrıldım”.

 

Qeyd edək ki, E.Cəlilov 2005-ci il mayın 10-da vəfat edib.


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...