TuranBank-dan onlayn kredit götürmək SİMA ilə daha rahat

TuranBank-dan onlayn kredit götürmək SİMA ilə daha rahat

Azərbaycanın bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən TuranBank ASC rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atmağa, məsafədən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməyə davam edir.

 

Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA vasitəsilə artıq TuranBank mobil əlavəsi üzərindən onlayn kredit də əldə etmək mümkündür. Tərəfdaşlığa əsasən müştərilər filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla TuranBank mobil tətbiqi üzərindən müvafiq sənədləri SİMA - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə istehlak krediti əldə edə bilərlər. Üstəlik TuranBank-dan krediti onlayn sifariş edən müştərilər kreditin illik faizinə endirim əldə edəcəklər. Həmçinin Bankın yeni müştərisi olacaq şəxslər istehlak krediti alaraq cari hesab aça, kartın çatdırılması xidmətindən istifadə edə və TuranBank-ın daimi müştərisinə çevrilə bilərlər. Qeyd edək ki, Kredit müqavilələrinin SİMA ilə imzalanması müştəriləri kağız sənədlər toplamaq yükündən azad etməklə yanaşı, imzalanmanın vaxt və yer məhdudiyyəti olmadan günün istənilən anı həyata keçirməsini mümkün edir.  

 

Qeyd edək ki, TuranBank mobil əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır. TuranBank mobil əlavəsini qeyd olunan keçidə daxil olaraq yükləyə bilərsiniz: //www.turanbank.az/en/pages/21/174

 

Məlumat üçün bildirək ki, ötən ilin may ayından etibarən SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə TuranBank mobil tətbiqi üzərindən onlayn əmanət yerləşdirmək mümkündür. Gələcəkdə digər məhsullardan istifadə üçün “AzInTelecom” və TuranBank tərəfindən bu istiqamətdə birgə iş aparılır.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi bu innovativ həll vasitəsilə bank xidmətləri ilə yanaşı, elektron imzanın tətbiq olunduğu bütün sahələrdə göstərilən xidmətlərdən istifadə mümkün olacaq. Bunlara rəqəmsal dövlət xidmətləri, eləcə də bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, internet provayderlər və digər seqmentlər üzrə təqdim edilən məhsul və xidmətlər daxildir. Yeni nəsil rəqəmsal imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. SİMA rəqəmsal imza həlli ilə bağlı ətraflı məlumatı şirkətin rəsmi saytından və 157 AzInTelecom Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

 

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbukİnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank

Bizimlə etibarlıdır...


OXŞAR XƏBƏRLƏR

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...

“Hizbullah” Beyruta endirilən aviazərbələrdə komandir və döyüşçü itkiləri olduğunu AÇIQLADI

“Hizbullah” hərəkatının silahlı qanadı Beyrutun cənub ətrafına İsrailin raket hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü bildirib....

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...

Prezident: "Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var"

Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var.   Sfera.az xəbər verir ki, bu fik...

İsveçrə Parlamentində“erməni sorğusu”

İsveçrə deyəndə ilk növbədə göz önünə yaşıllıqlara bürünmüş dərələr, təpələr, göz oxşayan çəmənliklər və insanın ruhunu sakitləşdirən mavi göllər gəlir. İsveçrə...