Ukrayna Rusiya ilə sərhəd bölgələrə hücuma keçib - RƏSMİ MƏLUMAT

Dünya
12:27 / 11.08.2023
11872
Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiya ilə sərhəd bölgələrə hücum edib.
Sfera.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə ilkin məlumatı Rusiyanın sərhəd bölgəsinin qubernatoru Roman Starovoit Telegram-da yayıb.
Məlumata görə, hücum Kursk vilayətinin Xomutovski rayonunun Kalinovka kəndinə olub.
Qubernator bildirib ki, Ukrayna tərəfindən sözügedən istiqamətdə 2 hücum qeydə alımıb. Atışma nəticəsində xəsarət alan olmasa da, tikiliyə ziyan dəyib.
Əzizə Zeynal