Bu qrupda 290-dan çox bal toplayanlar PULSUZ TƏHSİL ALA BİLƏCƏK - RƏSMİ

Bu qrupda 290-dan çox bal toplayanlar PULSUZ TƏHSİL ALA BİLƏCƏK - RƏSMİ

II qrup üzrə 290 baldan yuxarı toplayan namizədlər də dövlət sifarişli yerlərə qəbul ola bilərlər.

 

Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

O qeyd edib ki, II qrup üzrə 200 baldan yuxarı nəticə toplayan abituriyentlərin sayı 6803, 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 10911 nəfərdir.

 

“Ümumilikdə 13285 plan yeri ayrılıb. Bu, o deməkdir ki, düzgün ixtisas seçimi aparılsa, heç bir problem yaranmayacaq. Bu qrupda dövlət sifarişli yerlərin sayı isə 4325-dir”, - deyə o əlavə edib.

 

O əlavə edib ki, II qrupda 150 baldan yuxarı nəticə göstərənlər bir neçə ixtisası seçə bilərlər.


OXŞAR XƏBƏRLƏR