Bu ölkə qeyri-neft mallarımızın əsas alıcısına çevrilir – RƏQƏMLƏR

Bu ölkə qeyri-neft mallarımızın əsas alıcısına çevrilir – RƏQƏMLƏR

“Azərbaycanın qeyri-neft ixracatında Türkiyə ilə Rusiyanın payı arasındakı fərq azalmaqdadır. Bu ilin birinci yarısında ümumi qeyri-neft ixracının 31,1 faizi Rusiyanın payına düşdüyü halda Türkiyə 28,9 faizə sahib olub”. 


Sfera.az xəbər verir ki, bunu Azərbaycanın qeyri-neft ixracının coğrafiyasında baş verən dəyişiklikləri şərh edən zaman millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib. 

 

V.Bayramov vurğulayıb ki, qeyri-neft ixracında Türkiyə və Rusiya təxminən eyni paya sahibdir. Onun sözlərinə görə mövcud dinamika qalarsa, Türkiyə payını artıracaq və Azərbaycanın qeyri-neft mallarının ixracında əsas tərəfdaşa çevriləcək:

 

“Kəskin dəyişikliklər olmayacağı halda 2023-cü ildə Türkiyə Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaşa çevrilə bilər”. 


Millət vəkili xatırladıb ki, ilin birinci yarısında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1 milyard 773 milyon dollara çatıb. V.Bayramov ehtimal edir ki, 2023-cü ildə də ixracda artım baş verəcək:

 

“Son 3 ildə qeyri-neft ixracatında artım tendensiyası qorunub saxlanılıb. Bu il neftdən kənar ixracın 3,5 milyard dollara yaxınlaşacağı gözlənilir.Digər tərəfdən, bu müddətdə ümumi ixracatın həcmi 14 milyard 755 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatının həcminin artmasına baxmayaraq, ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır”.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR