Peşə məktəblərində müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ!

Peşə məktəblərində müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ!

2023/2024-cü tədris ili üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işә qәbulu mərkəzləşmiş qaydada müsabiqә yolu ilə həyata keçiriləcək.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Sfera.az-a bildirilib ki, peşə təhsil müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 11 - 21 avqust tarixləri arasında //portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

 

Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsil müəssisələri üzrə 142 ixtisas fənn müəllimi və 429 istehsalat təlimi ustası vakansiyası elan olunub.

 

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron әrizәlәrin qәbulu və vakant yerlərin seçilməsi, həmçinin təqdim edilən mәlumatların müsabiqәnin şәrtlәrinә uyğunluğunun müsabiqə komissiyası tәrәfindәn yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər 24 avqust tarixində ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

 

Peşə təhsil müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilmiş, aşağıda qeyd edilən tələblərə uyğun namizədlər müraciət edə bilər:

 

İxtisas fənn müəllimləri - orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

 

İstehsalat təlimi ustaları - orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...