Sabirabadda 2 bələdiyyə sədrinə cinayət işi açıldı

Sabirabadda 2 bələdiyyə sədrinə cinayət işi açıldı

Bələdiyyənin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib.

 

Sabirabad rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, Sabirabad rayon Qaralar bələdiyyəsinin sabiq sədri Nəzirağa Quliyev və onun müavini, hazırkı bələdiyyə sədri Niyaməddin Məmmədovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

 

İstintaqla Nəzirağa Quliyev və Niyaməddin Məmmədovun 2015-2019-cu illər ərzində xeyli miqdarda bələdiyyə əmlakını mənimsəmələrinə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin mülkiyyət hüququ tanınmayan torpaq sahəsini satmalarına əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sabirabad rayon məhkəməsinə göndərilib.


OXŞAR XƏBƏRLƏR

“Hizbullah” Beyruta endirilən aviazərbələrdə komandir və döyüşçü itkiləri olduğunu AÇIQLADI

“Hizbullah” hərəkatının silahlı qanadı Beyrutun cənub ətrafına İsrailin raket hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü bildirib....

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...

Prezident: "Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var"

Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var.   Sfera.az xəbər verir ki, bu fik...

İsveçrə Parlamentində“erməni sorğusu”

İsveçrə deyəndə ilk növbədə göz önünə yaşıllıqlara bürünmüş dərələr, təpələr, göz oxşayan çəmənliklər və insanın ruhunu sakitləşdirən mavi göllər gəlir. İsveçrə...

Prezident Malta Respublikasının Prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Miriam Spiteri Debonoyanı Müstəqillik günü münasibətilə t...

Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürüldü

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.   Daxili İşlər Nazirli...