Ötən ay Sumqayıtda 15 nəfəri gün vurub

Ötən ay Sumqayıtda 15 nəfəri gün vurub

İyul ayında 16 nəfər günvurma və istivurma ilə bağlı TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

 

Sfera.az xəbər verir ki, müraciətlərin 15-i Sumqayıtdan, 1-i isə Novxanı kəndi ərazisindəndir.

 

Qeyd edilib ki, onlardan 8-i qadın, 8-i kişi, 10 nəfəri böyük, 6-sı uşaq olub və xəstələrə lazımi tibbi yardım göstərilib.

 

Müraciət edən böyüklərdən 5 nəfəri Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.

 

Uşaqlardan biri Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına, digəri isə Novxanı bağlarındakı təcili yardım briqadası tərəfindən Bakı şəhər 2 saylı Uşaq xəstəxanasına hospitalizasiya olunub.

 

Son günlərdə isə 1 nəfər uşağı günvurması ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub. Lazımi tibbi yardım göstərilib.

 

Məlumatda əhaliyə günəş şüasının intensiv vaxtlarında, yəni 14:00-dan 16:00-dək gün altına çıxmamaları, yüngül geyimlərdən istifadə etmələri, bol meyvə tərəvəzlər, sərin şirələr və maye qəbul etmələri tövsiyə edilib. (Report)


OXŞAR XƏBƏRLƏR