MN: Hərbi hissələrin hərtərəfli təminatına xüsusi diqqət yetirilir - VİDEO

MN: Hərbi hissələrin hərtərəfli təminatına xüsusi diqqət yetirilir - VİDEO

Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı yüksək səviyyədə təşkil olunub.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, ən son texnologiyaya əsaslanan avadanlıqlarla təchiz olunmuş qazanxanalar sayəsində şəxsi heyət daimi isti su ilə, eləcə də camaşırxanalarda quraşdırılan paltaryuyan və quruducu maşınlar vasitəsilə istənilən vaxt təmiz paltar və yataq dəstləri ilə təmin edilir: "Şəxsi heyətin düzgün və keyfiyyətli qidalanması ən vacib məsələlərdən biridir. Bunun üçün hərbi hissələrin yeməkxanalarında hər bir şərait yaradılıb. Hərbi hissələrə gətirilən təzə və keyfiyyətli ərzaq məhsulları soyuducu kameralarda saxlanılır. Şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yemək hazırlanır. Menyuda milli mətbəximiz üstünlük təşkil edir".

 

"Müdafiə Nazirliyi rəhbərliyinin qış dövrünə hazırlıqla bağlı müvafiq tapşırıqlarına əsasən xüsusilə hərbi hissələrin sərt iqlim və kəskin relyefli ərazilərdə yerləşmə məntəqələrində bütün növ təminat vasitələri, o cümlədən ərzaq, əşya, döyüş sursatı və yanacaq-sürtkü materialları üzrə ehtiyat yaradılır.

 

Hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və aparılması üçün zəruri olan təminat məsələləri daima diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.

 


OXŞAR XƏBƏRLƏR

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veri...

İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrailin Xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin pisləşməsi fonunda həmin bölgədə yaşayan druz icmasına humanitar ...

Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. &nbs...

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib...

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...