Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafikində dəyişiklik edilir
Cəmiyyət
17:48 / 09.08.2023
6410
Bakı-Pirşağı-Sumqayıt dəmir yolu marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilir.
Bu barədə Sfera.az "Azərbaycan Dəmir Yolları" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması üçün hər gün günorta saatlarında texniki fasilənin götürülməsi məqsədi ilə avqustun 14-dən etibarən Bakıdan 13:30-da yola düşən qatar, Sumqayıtdan isə 14:30-da yola düşən qatar reysi ləğv edilir.