"Sərhəddəki "humanitar yük" şousunu İranın İrəvandakı səfirliyi koordinasiya edir" - ŞƏRH

"İranın son addımı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almaqdan ibarətdir".

 

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekspert İranın Ermənistanın təxribat xarakterli addımlarında vasitəçi olduğuna diqqət çəkib:

 

"İran Azərbaycanla sərhəddə "Humanitar yük" şousunun iştirakçısıdır. Ermənistandan Laçın nəzarət-buraxılış məntəqəsini qanunsuz keçmək üçün Qarabağa göndərilən bir neçə TIR İranın Ermənistandakı şirkətinə aiddir. Prosesi İranın Ermənistandaki səfirliyi koordinasiya edir. İrandan göndərilən yüklər Ermənistan nömrəsi ilə Azərbaycan ərazisinə qanunsuz daxil olmaq üçün sərhəddə gözləyir. İran rejimi bununla da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının qarşısını almaq istəyir".

 

Politoloq İranın Azərbaycana qarşı fəaliyyət göstərən konsulluğundan da danışıb:

 

"İran rejimi Ermənistana dəstək verməklə böhranın davam etməsində maraqlıdır. İranın Qafanda konsulluğu Azərbaycana qarşı hərbi kəşfiyyatla məşğul olur və burada humanitar yük şousunun təşkil edilməsində əsas mərkəz funksiyasını daşıyır".

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...

Bakının bu əraziləri yenidən qurulacaq

"Papanin", “Kubinka” və digər ərazilərdə yenidənqurma işləri görüləcək.   Sfera.az xəbər verir ki, bu barədə memar Cahid Həsəno...