İtaliyada gəmi qəzaya uğrayıb, 40-dan çox miqrant ölüb
Cəmiyyət
12:30 / 09.08.2023
11152
İtaliyanın cənubunda gəmi qəzaya uğrayıb, 40-dan çox miqrant ölüb.
Sfera.az xəbər verir ki, bu barədə yerli ANSA agentliyi hadisədən sonra sağ qalanların məlumatına istinadən bildirib.
Qeyd olunub ki, İtaliyanın cənubundakı Siciliya boğazında Tunisdən yola düşən gəminin batması nəticəsində ən azı 41 miqrant ölüb.
Hadisədən sonra 4 nəfərin sağ qalması bildirilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.(apa)