Bu şəxslərin kreditlərinin 50 faizi bağışlanacaq - MÜHÜM QƏRAR + VİDEO

Bu şəxslərin kreditlərinin 50 faizi bağışlanacaq - MÜHÜM QƏRAR + VİDEO

Texniki peşə təhsil müəssisələrində oxuyanlara da kreditlərin verilməsi sosial və standart olmaqla iki qaydada aparılır. Sosial həssas qrupa daxil olan tələbələrələ yanaşı, kəsiri olmayan və orta göstəriciləri 71 faizdən yuxarı olan ödənişli təhsil alanlar yararlana bilirdilər. Elə bu şərtlər peşə təhsil müəsissələrinin tələbələrinə də şamil olunur.

 

Sfera.az ARB TV-yə istinadən xəbər verir ki, texniki peşə təhsili səviyyəsində isə 5 ballıq sistem olduğuna görə aralıq qiymətinin qiymətləndirmə balı 4 və 5 olan tələbə götürdüyü kreditə görə faiz hesablanmayacaq, əgər tələbə bütün təhsil dövründə normativ təhsil müddətində qiyməti 5 olacaqsa, o zaman götürdüyü kreditin 50 faizi ona bağışlanılacaq. Standar təhsil tələbə kreditində isə aralıq qiymətləndirmə balı 5 olacaqsa həmin tələbənin kreditinə faiz hesablanmayacaq, normativ təhsil müddətində 5 ili yəni əlaçı kimi bitirəcəksə o zaman həmin tələbənin götürdüyü kreditin 25 faizi ona bağışlanacaq.

 

Hazırda texniki peşə təhsili üzrə 6 minə yaxın tələbə ödənişli əsaslarla təhsil alır. Onların da avqustun 5-dən  fonda müraciət etmək imkanı var. Kreditdən yararlanan tələbələr 2 illik güzəşt dövrü bitdikdən sonra 10 il ərzində bərabər hissələrlə qaytara bilərlər. Növbəti illərdə kreditin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

 

Fondun nizamnamə kapitalı ilkin olaraq 80 milyon manat nəzərdə tutulmuşdu və həmin vəsait fondun hesabına köçürülmüşdü, daha sonra 22 milyon və 8 milyon olmaqla həmin məbləğ artırılmış və 110 milyona çatdırılmışdır. Yəni nə qədər tələbə müraciət etsələr onların müraciətlərin rəsmiləsinə, maliyələşdirilməsinə vəsaitimiz çatır. Gələcəkdə əlbəttə ki, həmin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı ilk peşə təhsili məsələsinə baxıla bilər. Sadəcə bildiyiniz kimi ödənişli təhsil alanlara bu şamil olunur. Əgər orda da ödənişli təhsil alan tələbələr varsa onlara da şamil olunması gözlənilir. 

 

Təhsil Tələbə Kredit Fonduna iki il ərzində 26150 müraciət daxil olub, onlardan 19544 tələbə kreditdən yararlana bilib.

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...