Bakıda metroda problem: Qatar 10 dəqiqə tuneldə qaldı

Bakıda metroda problem: Qatar 10 dəqiqə tuneldə qaldı

Bakı metrosunda qatarların hərəkət qrafikində gecikmə olub.

 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, səhər saatlarında metronun “Koroğlu” stansiyasında qatarlardan birində nasazlıq yaranıb. Bu barədə sərnişinlərə metro bələdçisi məlumat verib.

 

Nasazlıq səbəbindən qatar metronun “Koroğlu” - “Ulduz” stansiyaları arasında 10 dəqiqədən çox tuneldə qalıb.

 

Sərnişin-maşinist rabitəsi ilə sərnişinlərə səslənən maşinist irəlidə stansiyada nasaz qatarın olduğunu bildirərək sərnişinləri səbirli olmağa çağırıb.


OXŞAR XƏBƏRLƏR