Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır.

 

Elm və Təhsil Nazirliyindən Sfera.az-a bildirilib ki, proses "mektebeqebul.edu.az" elektron sistemi üzərindən həyata keçiriləcək.

 

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-i saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə avqustun 15-i saat 11:00-da aktiv ediləcək.


OXŞAR XƏBƏRLƏR