“Qubad İbadoğlu işi”nə görə tutulan alimə ittiham irəli sürüldü 

“Qubad İbadoğlu işi”nə görə tutulan alimə ittiham irəli sürüldü 

ADR rəhbəri Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı iqtisadçı-alim Fazil Qasımov cinayət məsuliyyətinə cəlb edilib.

 

Sfera.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Qasımov barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, iki həftə əvvəl eyni maddə ilə - CM-nin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

 

Fazil Qasımovun qardaşı Nazim Qasımov "Turan" bildirib ki, onu yaşadığı evdən aparıblar: "Onun hansı səbəbdən saxlanılması barədə heç bir məlumat verilməyib. Sosial şəbəkələrdən öyrəndik ki, Fazil Bakıya gətirilib. Lakin saxlanma səbəbi ailəmizə izah olunmayıb və biz onun haqqında dövlət strukturlarından məlumat ala bilmirik".

 

Onun sözlərinə görə, F.Qasımov Azərbaycanda Qafqaz Universitetini bitirib, daha sonra Türkiyədə təhsilini davam etdirərək İstanbul Universitetində doktoranturanı bitirib.

 

"Bildiyimə görə, o, Mübariz Mənsimovun ("Palmali" gəmiçilik şirkəti – red.) şirkətində işləyib", - N.Qasımov sözlərinə davam edib.

 

"Fazil prezident təqaüdçüsü idi, vətənini, dövlətini çox sevir", – sonda da əlavə edib.

 

Hələlik, olaya sözügedən şirkətdən də hər hansı münasibət bildirilməyib. (AzPolitika.info)


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...