Bakıda havanın keyfiyyəti açıqlandı

Bakıda havanın keyfiyyəti açıqlandı

Ölkə ərazisində atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları, Sumqayıt və Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

 

Sfera.az xəbər verir ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov bildirib ki, stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarının 1.3, dəm qazının 1.7, kükürd qazının 1.1, Sumqayıt şəhərində isə dəm qazının miqdarının 1.2 dəfə normadan yüksək müəyyən edildiyini bildirib.

 

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Dəm və kükürd qazlarının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktorunun səbəb olduğu digər təsirlərlə əlaqədardır”, - o vurğulayıb.

 

C.Muradov qeyd edib ki, ümumiyyətlə, son günlərdə cənub istiqamətli isti hava axınlarının, eləcə də cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ilə əlaqədar ölkə ərazisində temperaturun yüksəlməsi və durğun hava şəraiti müşahidə olunur.

 

Yağıntıların az olması isə hava keyfiyyət göstəricilərindən istər dispers toz hissəciklərinin, istərsə də çirkləndirici qaz qarışıqlarının miqdarının normadan yüksək olmasına səbəb olur.

Həftəsonuna qədər davam edəcək isti hava şəraitində meteohəssas insanların açıq havada az olması, tez-tez maye qəbul etməsi məsləhət görülür.


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...