Çeçen toylarında bunlar qadağan olundu

Çeçen toylarında bunlar qadağan olundu

Çeçenistanda toy mərasimləri zamanı bir çox şeylərə qadağalar tətbiq edilib.
"Sfera.az azadliq.org-a istinadən xəbər verir ki, qərarı oktyabrın 26-da ölkənin mədəniyyət nazirliyi qəbul edib. Qroznı meriyasının mədəniyyət departamenti hələ ötən ilin oktyabrında toy mərasiminə bir sıra qadağalar tətbiq eləmişdi.
Söhbət, spirtli içkilər içməmək, toyda havaya atəş açmamaq, toya çeçen mentalitetinə yad paltarda gəlməmək, eyni vaxtda rəqs edən cütlüklərin halay vurmaması, böyüklərdən qabağa keçməmək, rəqs zamanı qıza çox yaxınlaşmamaq, qızları dəyişməmək, 3 dəfədən çox dövrə vurmaq, ailə quran cütlüklərin tort kəsməməsi ,gəlinin rəqs eləməməsi və s. qadağalardan gedir.
Mədəniyyət nazirliyi bildirir ki, bu tədbirlər xalqının mədəniyyətinin qorunmasına xidmət edir. "Son illər Çeçenistanda qədim adət-ənənələr pozulur və bu toy mərasimindəki qaydalara da pis təsir göstərir. Çeçenistan adətləri bu gün Avropadan gələn yeni şeylərlə əvəz olunur, gənclər özlərini düz aparmır və bu böyüməkdə olan nəslin tərbiyəsinə pis təsir göstərir”, nazirliyin rəsmisi "Kavkaszkomu uzlu” portalına deyib.
Nazirlik toylara nəzarət üçün oktyabrın 26-da xüsusi işçi qrup yaradılması barədə qərar qəbul edib.
Bu qrup nazirliyin əməkdaşları və ağsaqqallardan ibarət olacaq.
İşçi qrup restoranlarda keçirilən toy mərasimləri, banket zalları və digər yerlərdə keçirilən tədbirləri izləyəcək.
Onların düzgün keçirilməyən toyu dayandırmaq hüququ da var. Bu, toyda sərxoş olmaq, gənclərin düzgün geyinməməsi, toya gələnlərin özlərini düzgün aparmaması, milli rəqs qaydalarının pozulması kimi hallarda baş verə bilər.


OXŞAR XƏBƏRLƏR

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola salındı

Bu gün Şuşa və Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.   Sfera.az xəbər verir ki, Şuşa, Xocalı şəhərlərinə ...

Prezident İlham Əliyev Kayrat Sarıbayı QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı ...

Tanzaniyada səkkiz nəfər qızdırmadan ÖLDÜ

Tanzaniyada Marburq qızdırmasına yoluxmuş doqquz nəfərdən səkkizi ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ümumdüny...

ABŞ rəsmilərinin “Güc vasitəsilə sülhə nail olmaq” tezisi nədən xəbər verir? - AÇIQLAMA

“Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək”. Bu barədə ABŞ Dövlət katibi En...

Məşhur bazarın yanındakı evlər də söküləcək - Kompensasiya nə qədər olacaq?

Keşlə bazarı kimi tanınan ticarət mərkəzi ilə yanaşı həmin əraziyə yaxın evlərin də söküntüsü planlaşdırılır.   Sfera.az milli.az-a istinadən xəbər v...

Çempionlar Liqasında həlledici görüş Bakıda keçiriləcək

FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-in seriyasının 3-cü, yəni ta...