Quterreş azərbaycanlı diplomata yüksək vəzifə verdi

Quterreş azərbaycanlı diplomata yüksək vəzifə verdi

BMT-nin baş katibi Antonio Quterreş qurumun azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstanda Yardım Missiyasında (UNAMA) Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini, eyni zamanda, BMT-nin rezident və humanitar əlaqələndiricisi Ramiz Ələkbərovu yeni vəzifəyə təyin edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Report-a BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq məlumat verib.

 

O bildirib ki, R.Ələkbərov beynəlxalq təşkilatın Efiopiyadakı rezident əlaqələndiricisi vəzifəsinə təyin olunub.

 

F.Haq əlavə edib ki, BMT baş katibi R.Ələkbərova bölgədə təşkilatın humanitar məsələlər üzrə əlaqələndiricisi vəzifəsini də həvalə edib.

 

Qeyd edək ki, R.Ələkbərov ötən üç il ərzində BMT-nin Əfqanıstandakı fəaliyyəti müddətində uğurlu işi, defakto hakimiyyətlə əfqan qadınların və qızların hüquqlarının bərpası üçün mübarizəsi və bölgədə baş verənlərlə bağlı mütəmadi olaraq jurnalistləri məlumatlandırması ilə yadda qalıb. O, daha öncələr BMT-nin Əhali Fondunun Ərəb Dövlətləri üzrə Regional Bürosunun regional direktorunun müavini (2014–2015) və Cənubi Sudandakı Ofisinin rəhbəri (2010) vəzifələrində çalışıb. R.Ələkbərov 2020-ci ilin fevral ayından iyul ayına qədər UNFPA-da İdarəetmə üzrə İcraçı direktorun müavini və Baş katibin köməkçisi vəzifələrində çalışıb.


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...