Mədəniyyət Nazirliyində Rasim Balayevlə görüş keçirildi - FOTOLAR

Mədəniyyət Nazirliyində Rasim Balayevlə görüş keçirildi - FOTOLAR

"Rasim Balayev çoxsaylı filmlərdə canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazanıb".

 

Sfera.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli Xalq artisti Rasim Balayevin anadan olmasının 75 illiyi münasibətlə Mədəniyyət Nazirliyində sənətkarla keçirilən görüşdə bildirib.

 

Nazir Rasim Balayevi təbrik edib, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb, sənətkara nazirliyin Fəxri diplomunu təqdim edib.

 

Aktyorun Azərbaycan kinematoqrafiyasının inkişafına töhfələrini yüksək qiymətləndirən nazir onun çoxsaylı filmlərdə canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazandığını diqqətə çatdırıb. Qeyd olunub ki, Rasim Balayevin çəkildiyi ekran əsərləri milli kinomuzun “qızıl fondu”nu təşkil edir.

 

Rasim Balayev yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib, bundan sonra da kino sənətinin inkişafına töhfə verməyə çalışacağını deyib.

 

Sonda xatirə şəkli çəkdirilib.

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...