Yüksək inflyasiya Azərbaycanda adi hala çevrilib - 8 ilin STATİSTİKASI

Yüksək inflyasiya Azərbaycanda adi hala çevrilib - 8 ilin STATİSTİKASI

Azərbaycanda son illərdə yüksək inflyasiyanın baş verməsi adi hala çevrilib. 2016-2023-cü illərin yarısını Azərbaycan əhalisi yüksək inflyasiya ilə yaşamalı olub.

 

Sfera.az xəbər verir ki, həm xarici, həm də daxili amillərin təsiri ilə ölkəmizdə kəskin qiymət təlatümləri baş verib və bu, manatın alıcılıq qabiliyyətinin xeyli zəifləməsi ilə nəticələnib. 


2016-2017-ci ildəki ikirəqəmli bahalaşmadan qısa müddət sonra ölkəmiz 2022 və 2023-cü illərdə yenidən yüksək qiymət artımlarını yaşamış oldu. Qısa müddətdə belə yüksək qiymət artımlarının baş verməsi ümumi qiymət səviyyəsini 2022-ci ilin sonunda 2015-ci illə müqayisədə 66,3 faiz artırıb. 2023-cü ildə gözlənilən ikirəqəmli inflyasiyanı da nəzərə aldıqda 2016-2023-cü illərdəki bahalaşma sürəti 83 faizə çatacaq. 


Bu, olduqca yüksək qiymət artımıdır və ümid edək ki, həm Mərkəzi Bankın, həm də hökumətin səyləri ilə 2024-cü ildən bahalaşma sürəti təkrəqəmli həddə geriləyəcək. 


Amma yüksək qiymət artımlarının 2024-cü ildə 2-3 faiz həddinə düşəcəyini təxmin etmək çətindir. Çünki qiymət artımlarının səbəbləri sadəcə iqtisadi amillərlə bağlı deyil. Ukrayna-Rusiya müharibəsinin yaratdığı yeni vəziyyət qlobal miqyasda qiymət dəyişkənliyinin kəskin xarakter almasına və ən asası proqnozlaşdırılması mümkün olmayan proseslərin getməsinə səbəb olub. Buna görə də 2024-cü ildə də qiymət artımlarının sürətinin zəifləməsi ehtimalı olsa da onun 5 faizdən aşağı düşmə ehtimalı zəifdir. 


Deməli, növbəti ildə də əvvəlki illərdən nisbətən zəif, lakin hissedilən bahalaşmanı müşahidə edəcəyik. 


Yüksək inflyasiya sadəcə iqtisadi deyil, həm də ciddi sosial sıxıntılar yaradır. Bu neqativ hallarla mübarizə aparmaq üçün ölkəmizdə qiymət artımlarını zəiflədilməsi vacibdir. Bu məqsədlə maliyyə siyasətinin sərtləşdirilməsindən başqa yol yoxdur. Yalnız sərt tədbirlərlə inflyasiyanı ikirəqəmli həddən aşağı salmaq mümkündür. 
Heç bir ölkə iqtisadiyyatda ikirəqəmli inflyasiyanın baş verməsini arzulamır və bir qayda olaraq inflyasiya 10 faizlik həddə yaxınlaşdıqda bahalaşmanın səngidilməsi məqsədilə sərt tədbirlər görür. İnkişaf etmiş ölkələr isə daha erkən davranır, inflyasiya 3 faizlik həddi keçdikdə bunu ciddi risk kimi görərək sərt tədbirlərə başlayırlar. 
Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə bir çox hallarda sərt tədbirlər inflyasiya həddinin 10 faizə çatmasının qarşısını alsa da, bəzi hallarda bu tədbirlər istənilən nəticəni vermir və qiymət artımları ikirəqəmli həddi ötür. 


İqtisadi nəzəriyyədə bahalaşma sürətindən asılı olaraq inflyasiyanın bir neçə növü fərqləndirilir. Bahalaşma təkrəqəmli olduqda inflyasiya sürünən və ya mülayim adlandırılır. Mülayim inflyasiyada pulun alıcılıq qabiliyyəti zəifləsə də? bu hal hissedilən olmur, iqtisadiyyata qoyulan sərmayə dəyərini itirmir, sahibkarlıq fəaliyyətinə maraq zəifləmir. Qısası mülayim inflyasiyanın iqtisadi və sosial zərəri hiss edilmir. Buna görə də bütün ölkələr qiymət artımlarının təkrəqəmli olmasında maraqlıdır. 
Bahalaşma 10 faizdən çox 20 faizdən az olduqda inflyasiya çaparaq və ya sürətli adlandırılır. Hazırda ölkəmizdə də çaparaq inflyasiya müşahidə edilir. 
İnflyasiya ikirəqəmli olduqda və bu, uzun müddət davam etdikdə ölkə iqtisadiyyatına kredit, sərmayə qoyuluşuna ehtiyatlı yanaşılır, hətta sərmayə qoyuluşunun azalması əlamətləri də görünür. İkirəqəmli inflyasiya dövründə pulun alıcılıq qabiliyyətində də azalma hiss edilir. Buna görə də müvafiq qurumlar inflyasiyanı cilovlamağa çalışır, onu təkrəqəmli həddə endirmək üçün cəhdləri gücləndirirlər. 


Qeyd edilənlərdən daha yüksək qiymət artımları hiper inflyasiya yaradır. Hiper inflyasiya zamanı qiymətlərdə artım bəzən dəfələrlə ölçülür. Belə yüksək bahalaşma şəraitində pulun alıcılıq qabiliyyəti qısa müddətdə ölür, iqtisadiyyat sürətlə kiçilir, əhali isə sürətlə yoxsullaşır. 


Azərbaycan müstəqillik tarixində inflyasiyanın hər 3 formasını yaşayıb.1993-cü ildə qiymətlər 12,3 dəfə, 1994-cü ildə 17,6 dəfə, 1995-ci ildə 5,1 dəfə artıb. Bu illərdə iqtisadiyyatda hiper inflyasiya baş verib. 


Çaparaq inflyasiya isə 1996-cı, 2007-ci, 2008-ci və 2016-cı illərdə olub. 1996-cı ildə 20 faiz, 2007-ci ildə 16,7 faiz, 2008-ci ildə 20,8 faiz, 2016-cı ildə 12,4 faiz, 2017-ci ildə 12,9 faiz inflyasiya baş verib. 


İndi Azərbaycan əhalisi 1990-cı illərin sonunun və 2000-ci illərin əvvəlinin xiffətini çəkir. Həmin illərdə Azərbaycanda qiymət artımları 1-2 faiz səviyyəsində müşahidə edilirdi. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...