Millət vəkili Zirəddini "axmaq" adlandırdı - Qalmaqal

Millət vəkili Zirəddini

Rusiyada millət vəkili Vitali Milonovun ölkədə Tarot kartlarının satışının, eləcə də falçıların və astroloqların fəaliyyətinin qadağan edilməsi təklifi ekstrasenslərin kəskin etirazına səbəb olub. Onlar siyasətçi ilə razılaşmadıqlarını, öz baxışlarını müdafiə edəcəklərini bildiriblər.

 

Sfera.az xəbər verir ki, ezoterik məhsulların qadağan edilməsi ilə bağlı müzakirələr fonunda deputat daha bir qalmaqalı “Psixika döyüşü”nün iştirakçısı, əslən Azərbaycanın Şəmkir rayonundan olan Zirəddin Rzayevlə yaşayıb.

 

Belə ki, 41 yaşlı Zirəddin Rzayev 49 yaşlı siyasətçinin onun ünvanına söylədiyi təhqiramiz ifadələri qulaqardına vura bilməyib. O, sosial şəbəkə vasitəsilə Milonova video müraciət edib.

 

“Hörmətli deputat Milonov! Birincisi, mənim mədəniyyətim və tərbiyəm kiminsə inciməsinə imkan vermir. Məni tez-tez axmaq adlandırırsınız. Amma sizdən fərqli olaraq, mən həmişə statusumu müdafiə edəcəyəm. Mən özümə hörmət edirəm”, - deyə, ekstrasens Milonova tutarlı cavab verib.

 

Milonovun müsəlman ölkələrinə getmək və orada ezoterik təcrübəni davam etdirmək təklifinə isə Rzayevin cavabı bu cür olub:

 

“Əvvəla, mən Rusiyada özümü yaxşı hiss edirəm. Burada demokratiya və azadlıq var. Müsəlman ölkələrinə gəlincə, mən 1997-2008-ci illərdə Azərbaycanda olmuşam, insanları qəbul etmişəm. Müsəlman ölkələrində də, o cümlədən Türkiyədə astroloqlar, taroloqlar var".

 

Ekstrasens bildirib ki, onların istinadlarına dini kitablarda da rast gəlmək mümkündür. Zirəddin rusiyalı deputata qanun layihələri üzərində birgə işləməyi və cəmiyyəti narahat edən məsələləri müzakirə etməyi də təklif edib:

 

“Müzakirəsinə ehtiyac duyulan qanunları mən sizə yazılı şəkildə təqdim edə bilərəm. Əgər razısınızsa, bunu etməyə hazıram. Kimisə təhqir etməkdənsə, insanları etnik qruplara bölməkdənsə, daha aktual məsələlərlə məşğul olmaq və ölkə əhalisinin çoxmillətli olduğunu nəzərə almaq lazımdır". (Publika.az)


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...