Polis əməkdaşı yol qəzasında ağır yaralandı

Polis əməkdaşı yol qəzasında ağır yaralandı

Xızı rayonunda polis əməkdaşı yol qəzasında ağır yaralanıb.

 

Sfera.az "Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Kərimov Məmməd Rafael oğlu ağır bədən xəsarətləri alıb.

 

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Məmməd Kərimov polis əməkdaşıdır.


OXŞAR XƏBƏRLƏR