Türkiyədə 12 manata olan geyimi 120 AZN-ə SATDILAR - VİDEO

Türkiyədə 12 manata olan geyimi 120 AZN-ə SATDILAR - VİDEO

Geyim mağazasında satılan paltarın qiyməti müzakirələrə səbəb olub.

 

Sfera.az xəbər verir ki, Bakıda mağazaların birində Türkiyədən 199, 99  lirəyə, yəni təxminən 12 manata alınan pencəyin 120 manata satışa qoyulduğu iddia edilib.

 

“Mağazaya daxil olan müştərilərdən biri bunu çəkərək ictimailəşdirib. 

 

Orada işləyən Qalina Brızqunova bildirdi ki, deyilənlər heç də doğru deyil. Yəni 120 manat satış qiymətinə tək pencək deyil, həm də şalvar daxildir. Yəni fotonu çəkən şəxs yalnız pencəyin türk lirəsi ilə olan qiymətini çəkib, ictimailəşdirib. Üstəlik həmin paltar 5 il əvvəl alınıb. Həmin vaxtı isə türk lirəsi indiki ilə müqaisədə dəfələrlə baha olub.

 

Marketoloq Elxan Mərdanlı isə bildirir ki, indiki məzənnə ilə 200 türk lirəsinə alınan paltarın 120 manata satılması doğru deyil. Üstəlik alıcılar belə hallarda diqqətli olmalı, sadə araşdırma aparmalıdırlar.

 

Ekspertin sözlərinə görə, istehsalçı firmalar, xüsusilə tekstil sənayesində malın topdansatış qiymətindən maksimum 3 dəfə baha satılmasını tövsiyyə edirlər. O da bildirildi ki, bu kimi və bənzər hallarda narazı qalan müştərilər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edə bilərlər.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...