Məşhur rejissorun meyiti bir ildən çox yaşadığı evdə qaldı - FOTO

Dünya
20:27 / 07.08.2023
5313
Rusiyalı teatr rejissoru Svetlana Cimbinovanın meyiti Moskvanın Universitetski prospektindəki mənzilində tapılıb.
Sfera.az bildirir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından məlumat verilib.
“İlkin məlumata görə, qadın ötən il dünyasını dəyişib. Onun yoxluğu ilə qonşuları maraqlanıb və polisə müraciət ediblər”, - məlumatda bildirilib.
Vurğulanıb ki, qadın təbii səbəblərdən ölüb. Cəsədin üzərində zorakılıq izlərinə rast gəlinməyib.
Qeyd edək ki, Svetlana Cimbinova 1940-cı il yanvarın 1-də anadan olub. O, teatr barədə onlarla əsər yazıb, altı tamaşaya quruluş verib.