Oyun vaxtı tualetə qaçdı
11:06 / 28.10.2016
2401
İtaliya A Seriyasının X turunda baş tutan "İnter" – "Torino" (2:1) matçında maraqlı hadisə yaşanıb. Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Adem Lyaiç oyunun 80-cı dəqiqəsində meydanı tərk edib və bir qədər sonra meydana qayıdıb.
25 yaşlı futbolçunun gözlənilmədən meydanı tərk etməsi matç başa çatdıqdan sonra bəlli olub. Serbiya millisinin üzvü təbii ehtiyaclarını yerinə yetirmək üçün meydanı tərk edib.
Bu barədə məlumatı komandanın serbiyalı çalışdırıcısı Sinişa Mixayloviç də təsdiqləyib. O, futbolçunun bu hərəkətə görə cəzalanmayacağını deyib.
Qeyd edək ki, oyun "İnter"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.