“İstiqlal” ordeni verilən Rasim Balayev: “Təbrik edən də sağ olsun, etməyən də”

“İstiqlal” ordeni verilən Rasim Balayev: “Təbrik edən də sağ olsun, etməyən də”

“Sağ olsun Azərbaycan Prezidenti. Düzü, belə bir təltifi gözləmirdim. Sağ olsun Prezidentimiz ki, işinin çoxluğuna və gərginliyinə baxmayaraq, məni də diqqətdə saxlayıb. Mənim bu vaxtadək sərf elədiyim əməyimə verilən ən böyük mükafatlardan biri də İlham Əliyev tərəfindən bu gün “İstiqlal” ordeni ilə təltif edilməyimdir”.

 

Sfera.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O bildirib ki, ad günü sabah olsa da, artıq təbriklər bu gündən gəlməyə başlayıb:

 

“Heç kimdən ummuram, küsmürəm. Təbrik edən də sağ olsun, etməyən də. Mən ancaq ərk etdiyim yaxın dostlarımdan, əzizlərimdən umub-küsə bilərəm. Başqa heç kimdən”.

 

Xalq artisti sabahkı yubileyini harada və kimlərlə keçirəcəyi ilə bağlı suala da aydınlıq gətirib:

 

“Vallah, elə bir tədbir planlaşdırmamışam. Yəqin ki, ailəlikcə yığışacağıq. Dost-tanışların da gələcəyi gözlənilir. Başqa bir planım yoxdur”.

 

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Sabah aktyorun 75 yaşı tamam olur.


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...