“Bahalaşma siqaret istifadəçilərinin sayını azaldacaq” - İqtisadçı

“Bahalaşma siqaret istifadəçilərinin sayını azaldacaq” - İqtisadçı

Bu gündən etibarən Azərbaycanda bütün siqaretlərin qiyməti bahalaşıb. Pərakəndə satış məntəqələrindən bildirilib ki, siqaretlərin qiyməti firmalar tərəfindən qaldırılıb. Belə ki, bəzi siqaretlərin qiymətində 10, bəzilərində isə 20 qəpik bahalaşma müşahidə olunur.

 

Sfera.az xəbər verir ki, bahalaşma ilə əlaqədar danışan iqtisadçı-ekspert Eldəniz Əmirov qiymət artımının siqaret istifadəçilərinin sayını azaldacağını deyib:

 

"Siqaretin qiymətinin qalxması onun  istifadəçilərinin sayının azaldır. Bunu DSK və ÜST hesabatları da təsdiqləyir. Hazırda isə bu qiymət artımının xüsusi və qeyri-adi bir səbəbi yoxdur. Səbəb sadədir - infilyasiya.

 

Sadəcə olaraq, 528 məhsulun əksəriyyətinin qiyməti gündəlik və ya həftəlik bir-iki qəpik artığı üçün nəzərə az çarpır. Amma siqaretin qiyməti dövlət tərəfindən tənzimlənməsə də, onun artımı gündəlik və ya həftəlik olmur. Bir müddət daşlaşmış qiymət olur, tərpənməz qalır. Hər 4-5 aydan bir 10 -20 qəpik artır. Bu isə bugünkü rezonansı verir. Çünki  həyat üçün ən lazımsız olan siqaret öz aludəçisini əsir saxlayır. Qiymətlərin hansı ayda və nə qədər qalxması isə bu sahədəki subyektlərin davranışından asılıdır. Amma illik nəticədə siqaret qiymətlərindəki artım hər zaman ərzaq infilyasından az, qeyri-ərzaq infilyasiyasından çox olur. Bu il də belə olacağı şübhəsizdir".

 

Ekspert tütün və tütün məhsullarına görə bizə gələn gəlirdən çox vəsaitin ölkədən çıxdığını qeyd edib:

 

"İl ərzində Azərbaycandan təxminən 16 milyon dollardan çox ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub. Konkret siqaretin özünə gəldikdə isə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan 4,8 milyon dollar dəyərində 634 milyon ədəd siqaret ixrac edilib. Amma tütün və tütünün sənaye əvəzedicilərinin idxalına isə 91 milyon ABŞ dolları dəyərində pul xərcləmişik. Yəni tütün və tütün məhsullarına görə bizə gələn gəlirdən 70-75 milyon dollar çox ölkədən vəsait çıxır".

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...