“Bəzi ixtisaslarda keçid balının aşağı düşəcəyi gözlənilir” - Ekspert

“Bəzi ixtisaslarda keçid balının aşağı düşəcəyi gözlənilir” - Ekspert

Bu il ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrlar) ixtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq.

 

Maraqlıdır, keçid ballarında ötən illə müqayisədə ciddi fərqlər ola bilərmi? Abituriyentlər ixtisas seçimi edərkən nələrə diqqət yetirməlidirlər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekpsert Elçin Əfəndi dövlət sifarişli plan yerlərinin artmasının mübsət hal olduğunu deyib:

 

“İxtisas seçimi zamanı abituriyentlər daha  diqqətli olmalıdırlar. Ötən ilə nisbətdə bu il dövlət sifarişli yerlərdə artım var və bu bir qədər keçid ballarına təsir etmiş olacaq. Lakin ödənişli plan yerlərində ola bilsin ki, müəyyən qədər artım olsun. Qruplar üzrə baxsaq, ən böyük rəqabət 200 baldan 450 baladək toplayan abituriyentlər arasında olacaq. Valideynlər isə övladları seçim edərəkən dövlət sifarişli yerlərə düşərsə, belə yerləri seçmələrinə diqqət yetirməli, ailə büdcələrini nəzərə alaraq yüksək ödənişli yerləri yazıb sonradan imtina ilə üz-üzə qalmamalıdırlar. Dövlət sifarişli plan yerləri 27 000-dən çox artıb. 2006-2008-ci illərdə isə ümumi plan yerləri 27 000 idi. İxtisas seçimi mərhələsi abituriyent dönəmindən indiyədək ən kritik mərhələdir. Çünki bu mərhələdə abituriyentin gələcək üçün kariyera imkanları həll olunur. Ən həlledici məqam olduğu üçün məsləhət görürəm ki, abituriyentlər mütəxəsssislərlə bu işi görsünlər. Lakin mütəxəssis seçimi edərkən də sıradan şəxslərə yox, peşəkarlara üz tutmaq lazımdır”.

 

Ekspert bu il bəzi ixtisaslarda keçid balının aşağı düşəcəyini deyib. E.Əfəndi bəzi qrupların nümayəndələrini xüsusilə diqqətli olmağa çağırıb:

 

“Dövlət sifarişli yerlərdə artım keçid ballarına təsir edəcək. Amma ödənişli əsaslarla 200-400 ballıq  ixtisasların keçid ballarında da artım gözləyirik. Hazırda daha yaxşı vəziyyət II ixtisas qrupundadır. I və IV qruplarda vəziyyət çox gərgin olacaq. Ona görə ki, müvafiq plan yerlərinə nisbətdə abituriyent sayı çoxdur. III qrupda TC alt qrupunda ballarda bir qədər artım gözləyirik. DT alt qrupunda isə  bəzi ixtisaslarda ola bilsin ki, bal düşüşü olsun. Ümumi qiymətləndirmə aparsaq, bu il daha şanslılar subbakalavrlardır. Onların ötən illə nisbətdə bu il ali məktəblərə qəbul olma şansı daha yüksəkdir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...