Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ: "Ciddi təhlükə yaradır"

Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ:

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib.

 

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.

 

Belə ki, çimərlik üçün nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.

 

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır.


OXŞAR XƏBƏRLƏR

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...