Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas OLUNDU

Hadisə
22:30 / 06.08.2023
10071
Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil”, “Şüvəlan”, “Mərdəkan”, “Şıx” sularda xilasetmə məntəqələrinin ərazisində, "Bilgəh", sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Sahil ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.