"Opel" aşdı - Yaralılar var

Şəkidə minik avtomobili aşıb, xəsarət alanlar var.

 

Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Baş Küngüt kəndində olub.

 

Şəki rayon sakininin idarə etdiyi “Opel-Astra” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

 

Qəza zamanı avtomobildə olan sərnişinlər, rayonun Baş Küngüt kənd sakinləri - 1998-ci il təvəllüdlü Elşən Ramazan oğlu Hacıəhmədov və həmyaşıdı Aqil Əyyub oğlu Əhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR