Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı
09:25 / 28.10.2016
1205
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 28-ə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 27-i ilə müqayisədə 0,55% ucuzlaşaraq 1,6381 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,7753 manatdan 1,7863 manata qalxıb.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 27-i ilə müqayisədə 0,0259 manatdan 0,0261 manatadək bahalaşıb. Türkiyə lirəsinin məzənnəsi isə 0,5272 manatdan 0,5265 manata düşüb.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9895 manatdan 1,9947 manadək bahalaşıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,6802 manatdan 0,6825 manata qalxıb.