Sumqayıtda 29 yaşlı kişi dənizdə BATDI

Hadisə
19:35 / 06.08.2023
4901
29 yaşlı kişi dənizdə batıb.
Sfera.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər Xəzər bağları adlanan ərazinin çimərlik hissəsində baş verib.
Şəhər sakini Mehman Qəhrəman oğlu Cabbarov dənizdə çimərkən boğulub.
Meyit Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırılma aparılır.