Vaşinqtonda atışma: 3 ölü

Dünya
18:33 / 06.08.2023
4598
Ötən gecə Vaşinqtonda küçədə atışma olub.
Sfera.az "Associated Press"ə istinadən xəbər verir ki, atışma nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə gecə saat 20:00 radələrində Qud-Xoup-roud məhəlləsində qeydə alınıb və polis 5 yaralı aşkarlayıb.
Qeyd edək ki, 2 kişi və 1 qadın aldığı güllə yarasından ölüb, 2 kişi xəstəxanaya yerləşdirilib.