Moskvaya yenidən dron hücumu OLDU

Dünya
14:13 / 06.08.2023
5562
“Moskvaya doğru irəliləyən dron hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib”.
Sfera.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram hesabında məlumat verib.
“Bu gün saat 11:00 radələrində (Bakı vaxtı ilə 12:00) dronla Moskvaya keçməyə cəhd edilib. O, yaxınlaşma zamanı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - deyə mer qeyd edib.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verib:
“Pilotsuz uçuş aparatı Moskva vilayətinin Podolsk rayonunda zərərsizləşdirilib”.
Qeyd edək ki, bir neçə gün öncə də Moskvaya dron hücumu edilmişdi.