Çində 126 binanın dağıldığı zəlzələnin FOTOLARI

Dünya
10:32 / 06.08.2023
3448
Çinin şərqindəki Şandun əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı Tayçjou şəhərinin Pinyuan qraflığında 10 km dərinlikdə olub.
Nəticədə 126 bina dağılıb, iyirmi bir nəfər isə yaralanıb.