Əfqanıstanda güclü zəlzələ baş verdi

Dünya
22:15 / 05.08.2023
17990
Əfqanıstanın şimal-şərqindəki Hindukuş dağ silsiləsində 5,7 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumat verib.
Məlumata görə, zəlzələ təxminən 12,1 min nəfər əhalisi olan Bədəxşan əyalətinin Jurm kəndindən 47 kilometr cənubda baş verib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.