Yayın qızmar vaxtında qar - Yağan güclü qar nəticəsində yollar iflic oldu

Yayın qızmar vaxtında qar - Yağan güclü qar nəticəsində yollar iflic oldu

Almaniyaya 30 sm qalınlığında dolu yağıb.


Almaniyanın cənub-qərbindəki Reutlingen şəhərində lokallaşdırılmış dolu fırtınasının nəticələrini aradan qaldırmaq üçün qartəmizləyən maşınlardan istifadə edilib.
 

Sfera.az xəbər verir ki, şəhər rəsmilərinin məlumatına görə, cümə günü günortadan sonra dolu və güclü yağışla müşayiət olunan təbii tufan şəhərin mərkəzindən keçib.
 

Foto və videolarda küçələrin qar təbəqəsi ilə örtüldüyü görünür və səlahiyyətlilər bəzi ərazilərdə 30 santimetrə qədər dolunun olduğunu bildirir. Yolları qardan təmizləmək üçün xüsusi maşınlar cəlb olunub.


Pis hava şəraiti həmçinin kanalizasiya sisteminin bağlanmasına, yeraltı qarajların və zirzəmilərin su altında qalmasına səbəb olub.
Reutlingendən keçən Echaz çayının səviyyəsi cəmi 5 dəqiqə ərzində 1,5 metr qalxıb. Suların ara-sıra məcrasından çıxmasına baxmayaraq, ciddi fəsadların qarşısı alınıb.
 

Xatırladaq ki, Sloveniyada da rekord leysan yağışları irimiqyaslı daşqınlara səbəb olub. Bəzi yaşayış məntəqələrinin ətrafla əlaqəsi kəsilib.
 

Bundan əvvəl, iyul ayında Yaponiyanın qərbində leysan yağışları sürüşmələrə səbəb olmuşdu. Bölgə yağışı indiyə qədər gördükləri ən güclü yağış adlandırıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR