Parisdə üzgüçülük yarışları təxirə salındı

Parisdə üzgüçülük yarışları təxirə salındı

Fransa Üzgüçülük Federasiyası (FFN) Sena çayında suyun çox çirkli olması ilə əlaqədar Parisdə açıq suda üzgüçülük üzrə dünya çempionatının üzmə yarışlarını təxirə salıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

 

Federasiya məşqləri də ləğv etməyə məcbur olub. Şənbə və bazar günləri yarışların keçirilməsi üçün təhlükənin olması barədə xəbərdarlıq edib.

 

Qəzetin məlumatına əsasən, qadınlar arasında şənbə günü keçirilən yarışlar ləğv olunub. Sudan götürülən yeni nümunələr analiz edildikdən sonra yarışlarla bağlı qərar veriləcək.

 

Məşqlərin ləğv edilməsinə və yarışların təxirə salınmasına səbəb kimi paytaxt regionunda artıq bir neçə gündür davam edən güclü yağışlar göstərilir. 


OXŞAR XƏBƏRLƏR

7,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi

Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb....

Xocalıda qumbara partladı - 17 yaşlı oğlan xəsarət aldı

Xocalı rayonunun Xanyurd kəndində hərbi sursat partlayıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və...

Şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA

Mayın 2-si saat 18:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisinin bə...

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...