Elşən Xəzər danışdı: "Mən evimdəyəm..."

Cəmiyyət
18:27 / 05.08.2023
9095
Keçmiş meyxanaçı Elşən Xəzərin İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı xəbəri yayılıb.
Sfera.az bildirir ki, Globalinfo.az Elşən Xəzərin özü ilə əlaqə saxlayıb.
Elşən Xəzər saytımıza açıqlamasında bu məlumatı təkzib edib.
“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”, deyə o bildirib.