İcra başçısı özünə yeni model "Range Rover" aldı - FOTO

İcra başçısı özünə yeni model

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev özünə yeni avtomobil alıb.

 

Sfera.az unikal-a istinadən xəbər verir ki, icra başçısının yeni avtomobili 450 min manat dəyərində olan "Range Rover"dir.

 

Elnur Rzayev 90-DK-500 dövlət qeydiyyat nişanlı yeni maşınını qayınatası Hacıyev Sərdar Mehdi oğlunun adına rəsmiləşdirib.

 

Avtomobili Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan Musayev Anar Sabir oğlu etibarnamə əsasında idarə edir.


OXŞAR XƏBƏRLƏR