“Davam” Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahında olub

“Davam” Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahında olub

"Davam” Gənclər Hərəkatı və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında QHGT-nin mənzil qərargahında görüş baş tutub.
 

"Davam” Gənclər Hərəkatının nümayəndələri QHGT-nin mənzil qərargahı və qərargah daxilində təsis olunan tədqiqat mərkəzinin şəraiti ilə tanış olublar.
 

Daha sonra QHGT-nin sədri Orduxan Qəhrəmanzadə qonaqlara QHGT-nin məqsəd və prinsipləri, o cümlədən Təşkilatın təsisindən bəri həyata keçirdiyi irimiqyaslı tədbirlərdən söz açıb. “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı öz növbəsində QHGT-nin mənzil qərargahının açılışı münasibətilə O.Qəhrəmanzadəni təbrik edərək Təşkilata öz fəaliyyətində uğurlar arzulayıb. Tərəflər qarşılıqlı əlaqələrin gücləndirilməsi və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. 
 

“Davam” Gənclər Hərəkatının təmsilçiləri QHGT qərargahına Ulu Öndər Heydər Əliyevin portretini əks etdirən xatirə hədiyyəsi təqdim ediblər. Görüşün sonunda xatirə fotosu çəkilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi 2022-ci il 29 iyul tarixində Şuşa Sazişi ilə Təşkilata çevrilib. Azərbaycanın sədrliyi dövründə Hərəkatın institusional inkişafı üçün atılmış mühüm addımlardan biri olan QHGT hazırda QH gənclərinin inkişafına təkan verən platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.

 


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...